Press "Enter" to skip to content

Milli Məclisin sədri Səudiyyə Ərəbistanının Baş Audit Məhkəməsinin Prezidenti ilə

Milli Məclisdə görüş

Son yeniləmə: 6 May 2022 19:00

Bayraqdar.info – Mayın 6-da Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş Audit Məhkəməsinin prezidenti doktor Hussam bin Abdulmohsen Alangari ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bayraqdar.info-ya verilən məlumata görə, qonağı parlamentdə salamlamaqdan məmnunluğunu bildirən S.Qafarova diqqətə çatdırıb ki, Azərbaycan dost və qardaş Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafına, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Xalqlar tarixən dini və mədəni köklərlə bir-birinə bağlıdır və ölkələr arasındakı münasibətlər bu möhkəm təmələ əsaslanır. S.Qafarova qonağın bu səfərinin də Azərbaycanla Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirib.

“Milli Məclisin sədri bu ilin fevralında Azərbaycanla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini, bu illər ərzində əlaqlərimizin uğurlu inkişaf yolu keçdiyini və əməkdaşlığımızın daha da genişləndiyini diqqətə çatdırıb.

“Söhbət zamanı ikitərəfli əlaqələrin güclənməsində ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolundan danışan Sahibə Qafarova iki ölkə rəhbərlərinin səfərlərinin həyata keçirilməsinin münasibətlərin bütün istiqamətlərdə inkişafına təkan verdiyini deyib.

“S.Qafarova parlamentlərarası münasibətlərimizin daha da inkişaf etdirilməsinin vacibliyindən danışıb. Qonağın bu səfərinin Azərbaycan Respublikasının Hesablama Palatasının dəvəti ilə həyata keçirildiyinə toxunan MM sədri Hesablama Palatası ilə Hussam bin Abdulmohsen Alangarinin rəhbərlik etdiyi qurum arasında imzalanmış Anlaşma Memorandumunun ölkələr arasında mövcud olan hüquqi bazanı daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

“Səudiyyə Ərəbistanı Krallığının Baş Audit Məhkəməsinin prezidenti doktor H.A.Alangari Azərbaycanın inkişafını, gördüyü işləri təqdir etdiklərini və bundan qürur duyduqlarını diqqətə çatdırıb. Qonaq iki ölkə arasında münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib. Qeyd edib ki, Səudiyyə Ərəbistanının Baş Audit Bürosu ilə Azərbaycanın Hesablama Palatası arasında imzalanmış Anlaşma Memorandumu qarşılıqlı münasibətlərin daha da inkişafına yeni bir töhfə olacaq.

“Görüşdə Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmi şəxslər iştirak ediblər”, – deyə Parlamentin məlumatında bildirilir.

Mission News Theme by Compete Themes.