Son yeniləmə: 6 May 2022 09:06
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) yeni hökumət arayışları davam edir. Mayın 5-də KKTC Cümhurbaşqanı Ersin Tatar yenidən parlamentdə təmsil olunan partiya təmsilçiləri ilə görüşlərə başlayıb.
KKTC Cümhurbaşqanlığından bayraqdar.info-ya verilən məlumata görə, ilk görüş Yenidən Doğuş Partiyasının baş katibi Talip Atalay və partiya rəsmisi Kenan Akın ilə olub. Görüşdən sonra açıqlama verən T.Atalay ölkənin çox çətin durumda olduğunu deyib. O, “Ölkənin problemlərini həll edəcək konsensus hökumətin qurulmasını dəstəkləyirik. Fərqi yoxdur, həmin hökumətdə olaq, yaxud da olmayaq”, – deyə əlavə edib.
Demokrat Partiyasının genel başqanı Fikri Ataoğlu da lazım olan dəstəyi verəcəklərini deyib. O, Cümhurbaşqanı ilə görüşdə hökumətin çox tez bir şəkildə qurulması lazım olduğunu vurğulayıb. F.Ataoğlu hökumətin hansı modeldə qurulacağından asılı olmayaraq DP-nin məsuliyyətdən qaçmayacağını bildirib.
E.Tatarla görüşdən sonra açıqlama verən Halkın Partiyasının genəl başqanı Kudret Özersay isə HP-nin demokratik təcrübələrə zidd heç bir formalaşmada iştirak etməyəcəyini bildirib. O, Cümhurbaşqanına “məqbul müddətdən sonra ölkəni təhlükəsiz şəkildə seçkilərə aparacaq” alternativ fikirləri təqdim etdiklərini deyib.
Qeyd edək ki, E.Tatar mayın 6-da da CTP və UBP təmsilçiləri ilə görüşəcək. Bu görüşlərdən sonra Cümhurbaşqanı yeni hökuməti qurmaq səlahiyyətini kimə verəcəyinə dair qərar qəbul edəcək.
Bu arada o da bəlli olub ki, artıq parlamentdə təmsil olunan partiyalar da prezident üsul-idarəsinə keçidin zəruriliyi barədə düşünməyə başlayıblar.
[…] KKTC-də yeni hökumət arayışları davam edir […]
[…] KKTC-də yeni hökumət arayışları davam edir […]