Son yeniləmə: 6 May 2022 17:59
Bayraqdar.info – Ukraynada yaranmış vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etmək məcburiyyətində qalan 9 nəfər soydaşımız Xerson vilayətindən Rusiya paytaxtına gətirilib. Oradan isə Azərbaycan təxliyyə olunublar.
Bu barədə bayraqdar.info-ya mayın 6-da Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd edilib ki, təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır. Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.
Soydaşlarımızın müharibə və humanitar böhran bölgəsindən çıxarılması və ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin hesabına həyata keçirilib.