Press "Enter" to skip to content

Bu dəfə Anadolu təbabətindən danışılacaq –ÖZƏL

Bursa tədbirə hazırlaşır

Son yeniləmə: 6 May 2022 10:00

Mehmet Yüce: Türk dünyasının mədəniyyət paytaxtı Bursa daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Bayraqdar.info – Türk dünyasının mədəniyyət paytaxtı Bursa daha bir mühüm beynəlxalq tədbirə ev sahiblyi edəcək. Belə ki, 13-15 may tarixlərində bu şəhərdə “İntegratif ve Anadolu Tıbbı Kongresi” keçiriləcək.

Bu barədə bayraqdar.info-ya özəl olaraq UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı Prof. Dr. Mehmet Yüce məlumat verib.

Onun sözlərinə görə, tədbir Sağlık Bilimleri Üniversiteti (SBÜ) Bursa Tıp Fakultəsinin ev sahibliyində baş tutacaq: “SBÜ Bursa Tıp Fakultəsinin Türkiyə Səhiyyə Nazirliyi və Bursa Büyükşəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutacaq bu beynəlxalq tədbirə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəksitandan elm adamları qatılacaq”.

M.Yüce deyib ki, beynəlxalq tədbirdə ənənəvi və tamamlayıcı tibb (GETAT) təcrübələri sahəsində uğur qazanmış mütəxəssislərin məruzələri dinləniləcək: “Həmçinin, Konqresdə məqalələr, posterlər, işçi qrupların fəaliyyəti təqdim ediləcək və mükafat təqdimatları olacaq. Tədbirin keçirilməsində məqsəd ənənəvi tibbi bilgilərin elmin işığında akademik platformada müasir təbabətlə inteqrasiyasını təmin etmək, bu sahə ilə bağlı türk dünyasındakı çox dəyərli elm adamlarını bir araya gətirmək və inteqrativ tibb məntiqi ilə ənənəvi tibblə müasir təbabəti birləşdirən tibb anlayışı haqqında iştirakçıları məlumatlandırmaqdır”.

Onu da qeyd edək ki, SBÜ Bursa Tıbb Fakultəsi dekan yardımcısı ve Kongres Başqanı Doç. Dr. Elif Güler Kazancı tədbir ərəfəsində açılqma verib. Açıqlamasında o, “Anadolunun tarixən hansı elm adamlarına ev sahibliyi etdiyini və burada hansı araşdırmaların aparıldığını müzakirə edəcəyik. Dünyada ilk tibb məktəbi, əslində, Səlcuqlu dövründə Gevher Nesibe Tibb Mədrəsəsi və Darüşşifası olub. Dünyada heç bir yerdə həm tibb təhsili, həm də səhiyyə xidmətlərinin göstərildiyi praktika olmadığı halda, bu, 1200-cü illərdə Səlcuqlular dövründə torpaqlarımızda tətbiq edilib. Bursada da yenə Osmanlı İmperatorluğunun ilk tibb məktəbi və mədrəsəsi Yıldırım Külliyesində qurulub. Bursanın tarixən səhiyyədə qabaqcıl olduğu üçün Konqresdə bunları müzakirə edəcəyik. Konqresdəki elmi mövzularımızdan bəziləri Anadolu tibbi və Anadolu xalq təbabəti, sağlamlığa bütöv yanaşma, akupunktur, apiterapiya, fitoterapiya, hipnoz, ozon tətbiqləri, musiqi terapiyası, refleksoloji, funksional tibbdir. Təxminən 14 sahədə seminarlar da daxil olmaqla 35 panel və 125 məruzəçi ilə gözəl bir konqres keçirəcəyik”, – deyib.

Mission News Theme by Compete Themes.