Press "Enter" to skip to content

850 minədək vətəndaş DOST xidmətlərindən faydalanıb

Son yeniləmə: 6 May 2022 18:53

Bayraqdar.info – “Ötən dövrdə 850 minədək vətəndaş DOST xidmətlərindən faydalanıb. Bu xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98 faiz üzərindədir”. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə, S.Babayev “eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunda aparılan, fondun fəaliyyətinin “inzibati yanaşma” modelindən “vətəndaşlara xidmət” modelinə keçidini, şəffaf, əhali üçün daha rahat, əlverişli xidmətlərin göstərilməsini, xidmətlərin rəqəmsal və proaktiv təqdim olunmasını təmin edən islahatlar da beynəlxalq səviyyədə yüksək dəyərləndirilir”, – deyə bildirib.

“Fond bu il ərzində Böyük Britaniyanın “iESE – The Public Sector Transformation” Təşkilatının təşkil etdiyi “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində iştirak edərək “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatına, sosial təminat və innovasiyalar sahəsində səmərəli fəaliyyəti, dayanıqlı inkişaf sahəsində qabaqcıl metod və həll yollarına görə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatına layiq görülüb. Bu günlərdə isə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının daha bir müsabiqəsində qalib gələrək “Ən yaxşı mütərəqqi təcrübə” mükafatı ilə təltif edilib”, – deyə nazir daha sonra əlavə edib.

Mission News Theme by Compete Themes.