Son yeniləmə: 6 May 2022 13:02
Bayraqdar.info – Azərbaycanda əmək münasibətlərində innovativ dəyişiklikəri nəzərdə tutan “Əmək və Məşğulluq“ altsisteminə (ƏMAS) keçidlə əlaqədar “Əmək müqaviləsi bildirişi” altsisteminə giriş 7 may saat 11:00-dan 9 may saat 22:00-dək məhdudlaşdırılacaq.
Bu barədə bayraqdar.info-ya mayın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, “Əmək müqaviləsi bildirişi” altsisteminə dair məlumatların ƏMAS-a miqrasiyası prosesi başa çatdırıldıqdan sonra, növbəti həftənin ilk iş günündən, mayın 10-dan ƏMAS işəgötürən və işçilərin istifadəsinə veriləcək.
Əmək münasibətlərinə aid digər prosedurlar kimi, əmək müqavilələrinin bağlanılması, onlara dəyişiklik edilməsi və ya xitam verilməsi də artıq ƏMAS platforması üzərindən olmaqla e-qaydada həyata keçiriləcək.