Press "Enter" to skip to content

Muğam Mərkəzindən xəbər var

Beynəlxalq Muğam Mərkəzi

Bayraqdar.info– Mayın 6-da Beynəlxalq Muğam Mərkəzində Mətbuat konfransı keçiriləcək.

Bu barədə bayraqdar.info-ya Muğam Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilib ki, mətbuat konfransı Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi və Özbəkistan Mədəniyyət Nazirliyinin dəvəti ilə Beynəlxalq Muğam Mərkəzinin “Lazgi” Beynəlxalq Musiqi Festivalında iştirakına həsr olunub.

Qeyd edilib ki, Özbəkistan Mədəniyyət Nazirliyinin dəvəti ilə BMM-nin solistləri Daşkənd və Xarəzm şəhərlərində konsert proqramı ilə çıxışlar edib: “Özbəkistan Milli Muğam Sənəti Mərkəzi və Türküstan Sənət Mərkəzində konsert və ustad dərsləri veriblər”.

Nümayəndə heyətinə BMM-nin direktor müavini Riad Quliyev, Xalq artistləri Mənsum İbrahimov, Elçin Haşımov, Əməkdar artistlər Sahib Paşazadə, Elnur Əhmədov, Kamran Kərimov, Toğrul Əsədullayev, BMM-nin solistləri Kamilə Nəbiyeva, Mirələm Mirələmov və Vüsal Bayramov daxildir.

Mission News Theme by Compete Themes.