Press "Enter" to skip to content

Vilayət Quliyev yenidən səfir təyin edilib

Vilayət Quliyev

Son yeniləmə: 4 May 2022 15:59

Bayraqdar.info – Vilayət Muxtar oğlu Quliyev Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezidentin Mətbuat xidmətinin mayın 4-də yaydığı xəbərdə bildirilir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

V.Quliyev bundan əvvəl Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri olub. O, ötən ilin iyulun 23-də Macarıstandakı fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılıb. O, 1999-2004-cü illərdə Azərbaycanın xarici işlər naziri, 2004-2010-da Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Mission News Theme by Compete Themes.