Son yeniləmə: 4 May 2022 12:33
Bayraqdar.info – Təhsil naziri Emin Əmrullayev mayın 13-də Quba şəhərində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək. Qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Təhsil Nazirliyindən mayın 4-də bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, qeyd olunan şəhər və rayonların sakinləri 4 – 10 may 2022-ci il (saat 18:00-dək) tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron və rəsmi Whatsapp xidmətinə (0512067848) müraciət etməklə qəbula yazıla bilərlər.
“Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edəcək. Müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslər qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar”, – deyə xəbərdə bildirilir.