Press "Enter" to skip to content

Stolüstü tennis üzrə xatirə turniri

Son yeniləmə: 4 May 2022 15:51

Bayraqdar.info – Azərbaycanın Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Sara Sultanovanın xatirəsinə həsr olunan stolüstü tennis turniri keçiriləcək.

Bu barədə mayın 4-də Azərbaycan Stolüstü Tennis Federasiyasından bayraqdar.info-ya məlumat verilib. Məlumatda bildirilir ki, təşkil etdiyi yarışda veteran idmançılar bacarıqlarını göstərəcəklər. Mayın 7-8-də “Şüa” idman kompleksində keçiriləcək turnirin əsas məqsədi veteran idmançıların sağlamlığının möhkəmləndirilməsi, fəal həyata cəlb edilməsi, idman ustalığının qorunub saxlanılması və stolüstü tennisin geniş kütlə arasında təbliğidir.

“Yarış şəxsi və qoşa dərəcələrdə beynəlxalq stolüstü tennis qaydlarına əsasən keçiriləcək. Kişilər 40-49, 50-59, 60-64, 65 yaş və yuxarı, qadınlar isə, 30-39, 40-49, 50 yaş və yuxarı yaş qruplarında mübarizə aparacaqlar. Yuxarı yaş qrupunun üzvləri aşağı yaş qrupunda iştirak edə bilərlər. Turnirin qalibləri Federasiya tərəfindən mükafatlandırılacaq”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.