Press "Enter" to skip to content

Qadın cüdoçular Avropa kuboku yarışında

Qadın cüdoçular

Son yeniləmə: 4 May 2022 08:47

Bayraqdar.info – Mayın 7-8-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində cüdo üzrə açıq Avropa kuboku turniri keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasından bayraqdar.info -ya  xəbər verilib ki, yarışda Azərbaycanın 6 qadın cüdoçusunun iştirakı planlaşdırılır. Belə ki, qitə turnirində Aytac Qardaşxanlı, Nərgiz Hacıyeva, Diana Şoranova (63 kq), Südabə Ağayeva, Günel Həsənli (70 kq), Aytəkin Paşazadə (78 kq) medallar uğrunda mübarizə aparacaqlar.

“Qeyd edək ki, cüdoçularımızdan A.Qardaşxanlı ötən ay Polşada keçirilmiş analoji yarışda uğurla çıxış edərək qalib adını qazanıb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.