Press "Enter" to skip to content

İqtisadiyyat Nazirliyinin yeni Çağrı mərkəzi

Son yeniləmə: 4 May 2022 12:10

Bayraqdar.info – Vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına (Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə nazirlik üzrə vahid platforma – “195-1” Çağrı mərkəzi yaradılıb.

Bu barədə bayraqdar.info-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, İqtisadiyyat Nazirliyi və qurumlarına “195-1” qaynar xətti vasitəsilə ölkənin istənilən regionundan birbaşa zəng etmək olar. Çağrı mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.

Cari ilin mayın 4-dən etibarən “195-1” Çağrı mərkəzi iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərir.

Mission News Theme by Compete Themes.