Son yeniləmə: 4 May 2022 10:49
Bayraqdar.info – Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Tallin şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumunda Təşkilatın bir neçə ay əvvəl başlatdığı “BSTA-nın ən yaxşı təcrübəsinə görə mükafat” müsabiqəsinin nəticələri geniş auditoriyaya elan edilib. Müsabiqədə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu daha bir beynəlxalq uğura imza ataraq müsabiqənin diplomuna layiq görülüb.
Bu barədə bayraqdar.info-ya qurumdan məlumat verilib.
Bildirilib ki, müstəqil beynəlxalq münsiflər heyətinin qərarına əsasən, Dövlət Sosial Müdafiə Fondu “Ən yaxşı mütərəqqi təcrübəni təsdiq edən xüsusi qeydli Fəxri Diplom”la təltif edilib.
Tədbirdə BSTA-nın Avropa məkanına aid 40-dan çox ölkənin 70-ə yaxın sosial təminat qurumu təmsil olunub.
Dövlət Sosial Müdafiə Fondunun müsabiqəyə təqdim etdiyi iş son illər ərzində sosial təminat sahəsində icra proseslərininkeyfiyyəti və çevikliyinin artırılaraq şəffaf, əhali üçün daha rahat, əlverişli xidmətlərin göstərilməsi, xidmətlərin rəqəmsal və proaktiv təqdim olunması, Fondun fəaliyyətinin “inzibati yanaşma” modelindən “vətəndaşlara xidmət” modelinə keçidinə uyğun yenidən təşkili, nəticədə vətəndaş məmnunluğuna nail olunması, sosial təminat sahəsində mərkəzləşdirmə islahatları ilə bağlı olub.
Fond bu il ərzində digər beynəlxalq qurumların – Böyük Britaniyanın “iESE – The Public Sector Transformation” Təşkilatının təşkil etdiyi “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində iştirak edərək “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatı, sosial təminat və innovasiyalar sahəsində səmərəli fəaliyyəti, dayanıqlı inkişaf sahəsində qabaqcıl metod və həll yollarına görə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının Fəxri Fərmanı ilə təltif olunub.