Press "Enter" to skip to content

DİM-dən SAT imtahanı iştirakçılarına müraciət

DİM

Son yeniləmə: 4 May 2022 12:09

Bayraqdar.info – Mayın 7-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında SAT imtahanı təşkil olunacaq.

Bu barədə bayraqdar.info-ya mayın 4-də DİM-dən məlumat verilib. Məlumatda deyilir ki, imtahan verəcək şəxslər saat 07:30-dan gec olmayaraq aşağıda qeyd edilən sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya xarici pasport;

2. Buraxılış vərəqəsi – “Admission Ticket”.

“Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır. SAT imtahanları haqqında daha ətraflı məlumat DİM-in saytında yerləşdirilib”, – deyə DİM-in məlumatında bildirilir.

Mission News Theme by Compete Themes.