Son yeniləmə: 4 May 2022 18:16
Bayraqdar.info – Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 15-də “Bakı Marafonu – 2022” keçiriləcək. “Küləyə qalib gəl” şüarı altında beşinci dəfə keçirilən Bakı marafonu bu il fərqli marşrutda təşkil ediləcək.
Fondun mayın 4-də yaydığı məlumatda bildirilir ki,Yarışın başlanğıc nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olacaq və 21 kilometrlik məsafəni əhatə edəcək.
“Yarışda iştirak üçün qeydiyyat martın 25-dən mayın 10-dək davam edəcək. 18 yaşdan yuxarı şəxslər bu müddətdə Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Dəniz Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu – 2022”nin saytına müraciət edə bilərlər”, – deyə məlumatda qeyd edilir.