Press "Enter" to skip to content

ABŞ-ın üç şəhərində 28 Mayla bağlı qərar

Son yeniləmə: 4 May 2022 16:36

Bayraqdar.info – ABŞ-ın Florida ştatının Hallandeyl Biç, Aventura və Mayami-Deyd şahərlərində 28 may tarixi “Azərbaycanın Respublika Günü” elan edilib.

Bu barədə bayraqdar.info-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat veirlib.

Bildirilib ki, bununla əlaqədar Hallandeyl Biç şəhər meri Coy Kuper, Aventura şəhər meri Enid Vaysman, Mayami-Deyd Dairə Şurası Komissarlarının sədri Jоse “Pepe” Dias və mer Daniella Levin Kava bəyannamə imzalayıblar: “Bəyannamələrdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, ABŞ-la Azərbaycan Respublikası arasında strateji münasibətlər və tərəfdaşlıqdan bəhs olunub. Amerikada yaşayan azərbaycanlıların Floridanın ictimai həyatında fəal iştirak etdikləri, regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhfə verdikləri, 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının rolu nəzərə çatdırılıb”.

Qeyd edilib ki, hər üç şəhərin rəsmiləri yerli sakinləri bu bayrama qoşulmağa və Azərbaycan xalqının töhfələrini birgə qeyd etməyə çağırıb: “Qərarların qəbul edilməsi Mayami şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının sədri Töhfə Eminovanın müraciəti əsasında gerçəkləşib”.

Mission News Theme by Compete Themes.