Press "Enter" to skip to content

Ermənistan Kəlbəcər rayonu istiqamətində yenə atəş açdı

Müdafiə Nazirliyi

Bayraqdar.ınfo –  “Mayın 1-i saat 13:40-dan 17:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini qumbaraatan və pulemyotlardan fasilələrlə atəşə tutub. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur.

“Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”.

Məlumat mayın 2-də bayraqdar.info-ya Müdafiə Nazirliyindən daxil olub.

Mission News Theme by Compete Themes.