Press "Enter" to skip to content

Ermənistan yenə də Azərbaycan sərhədinə hücum etdi

Müdafiə Nazirliyi

Bayraqdar.info – Kəlbəcər rayonu istiqamətində mövqelərimiz iriçaplı silahlardan atəşə tutulub.

Bu xəbəri mayın 1-də bayraqdar.info-ya Azərbaycanın Müdafiə Nazirliyindən veriblər.

Xəbərdə deyilir: “Aprelin 30-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”.

Mission News Theme by Compete Themes.