Press "Enter" to skip to content

Regionlarda da “KOB Fest” təşkil olunacaq

Son yeniləmə: 30 Aprel 2022 09:39

Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, eləcə də Şəmkir, Füzuli və Quba rayonlarında KOB Fest – sərgi-satış yarmarkaları təşkil olunacaq.

Bu barədə bayraqdar.info-ya qurumdan məlumat verilib.

Bildirilib ki, yarmarkaların keçirilməsində məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına təqdim edilməsi və satışına dəstək olmaq, eləcə də yerli məhsulların tanıdılmasıdır: “Yerli istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqə yaradacaq yarmarkalar KOB-ların məhsullarının daha çox satılması və tanıdılması ilə yanaşı, KOB-lar və təchizatçılar arasında işgüzar əlaqələrin qurulmasını, həssas əhali qrupuna aid sahibkarlıq subyektlərinin satış imkanlarının genişləndirilməsini də hədəfləyir”.

Məliumata əsaəsn, yarmarkalarda KOB subyektlərinin istehsal etdikləri qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri, eləcə də KOB-lar tərəfindən göstərilən xidmətlər təqdim ediləcək: “Yerli startaplar da öz məhsul və xidmətləri ilə yarmarkada təmsil oluna bilərlər. KOB Festlər çərçivəsində həmçinin, sahibkarlar arasında “B2B” görüşlər keçiriləcək, biznes xidmətlər göstəriləcək, eləcə də mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar təşkil olunacaqdır. Ölkə regionlarında təşkil olunacaq KOB Fest sərgi-satış yarmarkaları aşağıdakı tarixlərdə keçiriləcək: 07 may – Şəmkir rayonu, 09 may – Gəncə şəhəri, 14 may – Lənkəran şəhəri, 21 may – Füzuli rayonu, 28 may – Quba rayonu və 30 may – Sumqayıt şəhəri”.

Qeyd edilib ki, yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarlıq subyektləri KOBİA-ya müraciət edə bilərlər. Müraciətlər elektron qaydada qəbul olunur: https://smb.gov.az/az/contact-form/exhibition-form/1

Mission News Theme by Compete Themes.