Press "Enter" to skip to content

Faiz Sucuoğlu bacarmadı

Faiz Sucuoğlu

Son yeniləmə: 30 Aprel 2022 09:40

KKTC yenidən növbədənkənar seçkinin astanasında

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində siyasi gərginlik hər keçən gün daha da artır. Baş nazirlə maliyyə naziri arasında yaranmış fikir ayrılığı ucbatında istefaya gedən 26-cı hökumət KKTC tarixinə ən qısaömürlü hökumət kimi düşdü. Lakin görünən odur ki, 26-cı hökumət həm də KKTC-nı daha da ağır maliyyə və siyası gərginliyə soxan hökumət kimi də düşəcək.

Məsələ burasındadır ki, dünənə qədər tez bir zamanda eyni formatlı 27-ci hökuməti quracaqlarını, hətta apreln 30-da ildırım sürəti ilə parlamentdən etimad səsi alacaqarını iddia edən hökumət ortaqları arasında fikir ayrılığı yaranıb. Nəticədə də DPYDP aprelin 30-da keçiriləcək etimad səsverməsində iştirak etməmək qərarı alıblar. Bu, əslində, onların cəmi iki gün öncə qurulmasına razılıq verdikləri 27-ci hökumətdən çəkilməsi deməkdir.

Görünən odur ki, Faiz Sucuoğlu bacarmadı. Belə olan halda isə KKTC-də yenidən növəbdənkənar parlament seçkilərinin keçirilməsi qaçılmaz görünür. İndiki halda isə buna getmək onsuz da maliiyə durumu acınacaqlı olan KKTC üçün əlavə zərbə deməkdir.

Lakin nə yazıqlar ki, siyasi qüvvələr özlərində güc taparaq partiya manefeyini dövlət və xalq mənafeyindən arxaya keçirə bilmədilər. Belə olan halda isə bir daha o mövqeyimizə qayıdırıq ki, KKTC seçim-seçim, hökumət-hökumət oyunlarına son qoyulmaısnın yalnız bir yolu var – siyasi islahatlar və idarəetmə sisteminin dəyişməsi.

KKTC-də də siyasi islahatların vaxtı çatıb

3 Comments

Comments are closed.

Mission News Theme by Compete Themes.