Press "Enter" to skip to content

“Azərsu” əməkdaşlarından şəhid ailələrini ziyarət

Son yeniləmə: 30 Aprel 2022 12:55

Bayraqdar.info – Ramazan bayramı ərəfəsində “Azərsu” ASC-nin Sosial inkişaf şöbəsinin və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları Vətən müharibəsində şəhid olmuş işçilərin və ailə üzvü şəhid olmuş əməkdaşların ailələrinin ziyarət edib. Onlar Mingəçevir, Masallı, Beyləqan, Hacıqabul, Qaradağ rayonlarında şəhid ailələrinin evlərində olub, ailələrin qayğıları ilə maraqlanıblar.

Bu barədə bayraqdar.info-ya “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, şəhid ailələrinin üzvləri ilə görüş zamanı Vətən müharibəsindəkli qələbəmizdə bəhs edilib: “Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad edib. Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirib. Xalqımız vətən qarşısında borcunu şərəflə yerinə yetirərək qəhrəmancasına şəhid olmuş və yaralanmış gənclərlə qürur duyur. Görüşlərdə Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının hər bir azərbaycanlı üçün örnək olduğu vurğulanıb”.

Məlumatda vurğulanıb ki, Vətən müharibəsində “Azərsu” ASC-nin 3 əməkdaşı şəhidlik zirvəsinə ucalıb, 23əməkdaşı isə yaralanıb. Eyni zamanda Səhmdar Cəmiyyətdə çalışan 25 işçinin ailə üzvü şəhid olub, 45 nəfərin isə ailə üzvü yaralanıb.

Mission News Theme by Compete Themes.