Press "Enter" to skip to content

Azərbaycan üzgüçüsü beynəlxalq turnirdə 3-cü olub

Son yeniləmə: 30 Aprel 2022 11:09

Bayraqdar.info – Üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvü Məryəm Şeyxəlizadəxangah Çexiyanın Ostrava şəhərində keçirilən üzgüçülük növü üzrə Beynəlxalq turnirdə 3 cü yerə sahib olub. O, bürünc medal qazanıb.

Azərbaycan Üzgüçülük Federasiyandan bayraqdar.info-ya verilən məlumata görə idmançı ilkin mərhələdə 96 idmançı arasında finala vəsiqə qazanlb. O, 50 metr sərbəst üsulda 26.83 nəticə ilə güclülər sırasında ilk üçlükdə yer ala bilib.

Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürəhmanovun sözlərinə görə M.Şeyxəlizadəxangahın 50 metr sərbəst üsulda 26.83 nəticəsi ölkə və həm də şəxsi rekordudur:“Komanda yarışlara ciddi hazırlaşır. Məryəmin çıxışında lisenziya normativi üçün çöx cüzi vaxt çatışmamazlığı oldu. Ümidvarıq ki, növbəti yarışlarda o dünya çempionatına vəsiqə qazana biləcək”.

Mission News Theme by Compete Themes.