Press "Enter" to skip to content

“Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” pilot layihəsi

Təhsil Nazirliyi

Son yeniləmə: 29 Aprel 2022 10:23

Bayraqdar.info – Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında Təhsil İnstitutu Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ilə birlikdə “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihənin icrasına başlayıb.

Nazirlikdən bayraqdar.info-ya bildirilib ki, beynəlxalq və yerli mütəxəssislər tərəfindən hazırlanan layihə əsasında Bakı şəhəri üzrə seçilmiş 25 pilot məktəbdə direktor, direktor müavinləri, məktəb psixoloqu və valideyndən ibarət uşaq müdafiəsi və təhlükəsizliyi (UMT) komandaları yaradılacaq və həmin komandaların uşaq təhlükəsizliyi konsepti və prosedurları haqqında bacarıqlarının artırılması istiqamətində təlimləndirilməsi həyata keçiriləcək.

“Bu məqsədlə UNICEF-in sahə üzrə mütəxəssisi tərəfindən Təhsil İnstitutu, BŞTİ və Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlarından ibarət 12 nəfərlik qrup üçün təlimlər təşkil olunub. Uşaq müdafiəsi və təhlükəsizliyinə dair ilkin anlayışlar, mexanizmə aid siyasət, iş prinsipləri kimi nəzəri mövzuları, həmçinin müxtəlif praktik məşğələlər və interaktiv müzakirələri əhatə edən 4 günlük ToT nəticəsində 5 nəfər təlimçi kimi seçilib.

“Təlimçilər ilkin mərhələdə 25 məktəbin, ümumilikdə 113 təhsilverəndən ibarət pilot UMT komandalarını təlimləndirəcək, valideyn və şagirdlərlə maarifləndirici görüşlər keçirəcək. Qeyd edək ki, ilin sonunadək davam edəcək layihədən 27 min şagirdin faydalanması nəzərdə tutulub”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.