Son yeniləmə: 29 Aprel 2022 16:39
Bayraqdar.info – “İrəli” İctimai Birliyi tərəfindən yeniliyə və aktiv fəaliyyətə can atan gənclər üçün elan olunan “Rəqəmsal Ay” başa çatıb.
Bu barədə bayraqdar.info-ya İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, “Rəqəmsal Ay” 25 mart – 25 aprel tarixlərini əhatə edib: “Bu müddət ərzində müxtəlif mövzularda onlayn formatda 21 mütəxəssisin iştirakı ilə 23maarifləndirici təlim və görüş, 2 kampaniyatəşkil olunub ki, bu tədbirlərdə ümumilikdə 1042 gənc yaxından iştirak edib. Təlim mövzularına gənclərlə iş, qurumlarda insan resurslarının rolu, könüllülük və təşəbbüskarlıq, natiqlik sənəti, startapların qurulması, oyunlaşdırma və öyrənmə analitikası, brend arxetipləri, gənclərin ixtisas seçimi və digər bu kimi geniş istiqamətlər daxildir”.
Məlumata əsasən, “Rəqəmsal Ay” çərçivəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar görüş və tvitter kampaniyası, habelə tətil günlərində gənclərdə mütaliə vərdişlərini formalaşdırmaq məqsədilə “Tətildə Oxu” aksiyası da baş tutub: “Qeyd edək ki, “Rəqəmsal Ay” artıq üçüncü ildir ki, həyata keçirilir. Layihənin əsas məqsədiənənəvi təhsil metodları ilə yanaşırəqəmsal təhsil metodların da aktiv istifadəsinə nail olmaq və beləliklə ən ucqardakı gənclərimizə çatmaq, onların da proseslərdə iştirakçılığını təmin etməkdir”.