Press "Enter" to skip to content

Prezident İlham Əliyev Xavyer Kolominanı qəbul edib

Son yeniləmə: 29 Aprel 2022 09:04

Bayraqdar.info – Prezident İlham Əliyev aprelin 28-də NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanı qəbul edib.

Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, X.Kolomina NATO-nun Baş katibi Yens Stoltenberqin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İ.Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Y.Stoltenberqə çatdırmağı xahiş edib.

“Görüşdə dövlət başçısının ötən ilin sonunda NATO-nun mənzil-qərargahına səfəri və səfər çərçivəsində Baş katiblə görüşü, həmçinin Şimali Atlantika Şurasının iclasında çıxışı xatırlanıb. Eyni zamanda, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasında ölkəmizin iştirakı qeyd edilib.

“Söhbət zamanı postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, enerji təhlükəsizliyi, regional təhlükəsizlik ilə bağlı məsələlər və Azərbaycan-NATO əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.