Press "Enter" to skip to content

Nazir müavini şəhid ailəsini ziyarət edib

Son yeniləmə: 29 Aprel 2022 12:05

Bayraqdar.info – Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Vətən Müharibəsi şəhidi İslamov Elvin Elçin oğlunun ailəsini Ramazan bayramı ərəfəsində ziyarət edib.

ƏƏSMN-dən bayraqdar.info-ya verilən məlumatda belə deyilir.

Qeyd edilir ki, Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan E.İslamov Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3 otaqlı mənzillə təmin olunub. Ailəyə sosial ödənişlər təyin edilib, şəhidin atasının məşğulluğuna dəstək göstərilib.

Görüşdə tarixi Zəfərimizə öz töhfəsini verən qəhrəmanlarımızdan olan şəhid E.İslamovun həyat yolundan, hərbi əməliyyatlar zamanı göstərdiyi şücaətlərdən bəhs olunub. Onun xatirəsinin daim ürəklərdə yaşayacağı vurğulanıb.

Şəhid ailəsinin sosial vəziyyəti öyrənilib. A.Əliyev ailənin yaşayışının bundan sonra da daim diqqətdə saxlanacağını vurğulayıb.

Mission News Theme by Compete Themes.