Press "Enter" to skip to content

NATO normallaşma prosesini dəstəkləyir

Son yeniləmə: 29 Aprel 2022 09:57

Bayraqdar.info – Aprelin 28-də xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanı qəbul edib.

Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə tərəflər Azərbaycan və NATO arasında qarşılıqlı faydalı əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir C.Bayramov Azərbaycanın NATO ilə qarşılıqlı maraqlar və bərabərhüquqluluq əsasında tərəfdaşlığın davam etdirildiyini qeyd edib, xüsusilə də ölkəmizin Alyansın sülh əməliyyatlarında iştirakı təcrübəsinə istinad edib: “Nazir, bölgədə mövcud olan cari vəziyyət, xüsusilə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, sülh müqaviləsinin hazırlanması, sərhədin delimitasiyası, bütün kommunikasıyaların açılışı və etimad quruculuğu tədbirləri barədə qarşı tərəfə məlumat verib”.

Vurğulanıb ki, NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi X.Kolomina qurumun Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini qeyd edib.

Görüşdə tərəflər, enerji təhlükəsizliyi, Azərbaycanın Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Mission News Theme by Compete Themes.