Son yeniləmə: 29 Aprel 2022 17:49
Bayraqdar.info – Monteneqroda seçkilərdən sonra azlıq hökuməti qurulub. URA Xalq Hərəkatının lideri Dritan Abazovicin qurduğu yeni hökumətdə 18 nazir, iki dövlət naziri və 4 baş nazirin müavini yer alıb.
Məlumata əsasən artıq parlament yeni hökumətə etimad səsi verib. Yeni hökumətdə URA Xalq Hərəkatı ilə yanaşı Sosial Demokrat Partiyası (SDP), Sosialist Xalq Partiyası (SXP), həmçinin boşnak (bosniyalı) və alban partiyalarından da nazirlər yer alıb.
Belə ki, Qaradağ Boşnak Partiyasının sədri Ervin İbrahimovic sərmayə qoyuluşu naziri və baş nazirin regional inkişaf məsələləri üzrə müavini, partiyanın üzvü Admir Adrovic isə əmək və sosial rifah naziri postunu tutub. Qeyd edək ki, etnik serb partiyalarının təsiri altında olan bundan öncəki hökumətdə boşnak nazir yox idi.
Bu azlıq hökumətinə Monteneqronun Prezidenti Milo Djukanovicin lideri olduğu Monteneqro Sosialsitləri Demokrat Partyası kənardan dəstək verib. Lakin səsvermə zamanı Serbiyayönümlü partiyalar boykot qərarı alıblar.