Press "Enter" to skip to content

Mehriban Əliyevadan yanğınsöndürənlərə minnətdarlıq

Mehriban Xanım Əliyeva

Son yeniləmə: 29 Aprel 2022 17:32

Bayraqdar.info – Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi Instagram səhifəsində Sumqayıtda baş vermiş yanğının söndürülməsində iştirak etmiş dövlət qurumları əməkdaşlarına dərin minnətdarlığını bildirib.

Bayraqdar.info xəbər verir ki, paylaşımda deyilir: “Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi və nəticələrinin aradan qaldırılmasında iştirak etmiş dövlət qurumları əməkdaşlarının peşəkarlığı ilə fəxr edir və onlara dərin minnətdarlığımı bildirirəm”.

Mission News Theme by Compete Themes.