Press "Enter" to skip to content

Media nümayəndələri üçün növbəti təlim

Son yeniləmə: 29 Aprel 2022 09:46

Bayraqdar.info – İqtisadi sahədə jurnalistlərin ixtisaslaşması vacibdir. Bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli jurnalistlər üçün keçirilən növbəti təlimin açılışındakı çıxışında dedi.

Cəfər Babayev

Qeyd edək ki, aprelin 28-də İqtisadiyyat Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə iqtisadi sahədə fəaliyyət göstərən media nümayəndələrinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə “Bazar iqtisadiyyatı və rəqabət mühiti” və “İstehlakçının hüquq və vəzifələri” mövzularında təlim keçirildi.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisinin müşaviri Cəfər Babayev öncə media nümayəndələrini salamladı.

Təlim zamanı

O, təlimin keçirilməsində məqsədin bazar iqtisadiyyatının prinsipləri, tənzimlənməsi metodları, antiinhisar tənzimlənməsi və siyasəti, istehlakçıların hüquq və vəzifələri barədə jurnalistlərin bilik və təcrübələrini artırmaq, habelə onların bu sahədə ixtisaslaşmasına dəstək göstərmək olduğunu bildirdi.

Natiq Məmmədli

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli belə təlimlərin media nümayəndələrinin biliklərinin artırılmasında və medianın ictimaiyyətə dolğun informasiya çatdırmasında əhəmiyyətini vurğuladı.

Tədbirdə mövzularla bağlı müzakirələr aparıldı, jurnalistlərin sualları cavablandırıldı.

Hər mövzudan sonra jurnalistlərin sualları da cavablandırıldı

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olundu. Sertifikatları media nümayəndələrinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov təqdim etdilər.

Sertifikatları media nümayəndələrinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov təqdim etdilər

Qeyd edək ki, təlim iştirakçıları arasında bayraqdar.info saytının təmsilçisi olaraq Nadir Azəri də vardı.

Mission News Theme by Compete Themes.