Press "Enter" to skip to content

Ersin Tatar İngiltərəyə səfər edəcək

Ersin Tatar

Son yeniləmə: 29 Aprel 2022 11:46

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar İngiltərəyə səfər edəcək.
Səfər mayın 3-də gerçəkləşəcək.

Bu barədə bayraqdar.info-ya KKTC Cümhurbaşqanlığından məlumat verilib.

Bildirilib ki, xanımı Sibel Tatarla birlikdə mayın 3-də adadan ayrılacaq Ersin Tatar Londonda bir sıra yüksəksəviyyəli görüşlərdə və tədbirlərdə iştirak edəcək. Səfər çərçivəsində KKTC Cümhurbaşqanı İngiltərədəki Kıbrıs Türk Dərnəkləri Şutrasının üzvləri ilə də bir araya gələcək.

Səfər zamanı E.Tatar həmçinin Türk İcması Futbol Federasiyasının təşkil edəcəyi 1-ci Prezident Kuboku Futbol yarışına baxaraq qalib komandalara və idmançılara mükafatlar təqdim edəcək.

KKTC Cümhurbaşqanı təmasları çərçivəsində Kıbrıs Türk Ticarət Palatasının London ofisinin açılış mərasimində iştirak edəcək, Kıbrıs türk iş adamları və mətbuat nümayəndələri ilə görüşəcək.

Səfərin mayın 8-də başa çatması gözlənilir.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.