Press "Enter" to skip to content

Dövlət Məşğulluq Agentliyinin rəqəmsal layihələri Dünya Konqresində

Son yeniləmə: 29 Aprel 2022 17:50

Bayraqdar.info – Estoniya Respublikasının paytaxtı Tallin şəhərində Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyası – WAPES tərəfindən keçirilən Dünya Konqresi başa çatıb. Konqresdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin rəqəmsal layihələri təqdim edilib.

Bu barədə bayraqdar.info-ya ƏƏSMN-dn məlumat verilib.

Bildirlib ki, tədbirdə ölkəmizi təmsil edən Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti tədbirdə təqdimatla çıxış edib. “Texnoloji innovasiyalar və xidmətlərin göstərilməsi zamanı süni intellektdən istifadə sahəsində məşğulluq xidmətlərinin təcrübəsi” mövzusu üzrə edilən təqdimatda Agentlik tərəfindən rəqəmsal məşğulluğa keçid istiqamətdə icra olunan layihələr barədə ətraflı məlumat verilib.

Məlumata əsasən “Əmək münasibətləri və məşğulluq altsistemi”, “Məşğul şəxslərin reyestri”, “Qeyri-formal məşğulluğa nəzarət”vahid elektron informasiya ehtiyatı və digər sistemlərin əhəmiyyətindən danışılıb: “Ümumilikdə 65 ölkədən nümayəndənin iştirak etdiyi tədbirdə Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli Rumıniya, Litva və müxtəlif ölkələrin məşğulluq xidmətlərinin rəhbərləri ilə görüşüb və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib”.

Mission News Theme by Compete Themes.