Press "Enter" to skip to content

Bu dəfə hərraca 16 dövlət əmlakı çıxarılıb

Son yeniləmə: 29 Aprel 2022 13:49

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 10 may tarixində hərrac keçiriləcək. Hərraca 15 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili çıxarılıb.

Nazirlikdən bayraqdar.info-ya verilən məlumat görə, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı Gəncə, Lənkəran, Şəmkir, Balakən və digər rayonlarda yerləşir: “Həmin obyektlər xidmət, sənaye sahələrinə aiddir. Əmlakların ümumi faydalı sahəsi 16 kvadratmetrlə 9298 kvadratmetr arasında dəyişir. Hərraca çıxarılan əmlaklardan ilkin satış qiyməti ən yüksək olanı Balakən şəhərində yerləşən “Qubek Otel”dir. Adı çəkilən obyekt 9 milyon 100 min manata təklif olunur”.

Qeyd edilib ki, tam siyahı ilə burada tanış olmaq mümkündür.

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Mission News Theme by Compete Themes.