Press "Enter" to skip to content

Azəbaycan məktəbliləri Türkiyədə

Son yeniləmə: 29 Aprel 2022 13:52

Bayraqdar.info – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri və rəhbərləri Türkiyədə keçirilən beynəlxalq uşaq festivalında iştirak ediblər.

Bu barədə bayraqdar.info-ya BŞTİ-dən məlumat verilib. Bildirilib ki, İzmir Karşıyaka bələdiyyəsi tərəfindən təşkil olunan festivalda 4 nömrəli 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Uşaq xalq rəqsləri” dərnəyinin üzvləri milli rəqslərimizi və musiqi nömrələrimizi ifa edib və şeirlər səsləndiriblər. Azərbaycanlı şagirdlərin rəngarəng çıxışları maraqla qarşılanıb.

“Festival çərçivəsində məktəblilər Azərbaycan xalqının mədəniyyət və adət-ənənələri, tariximiz və milli-mənəvi dəyərlərimiz haqqındakı bilgilərini öz həmyaşıdları ilə bölüşüblər. Festivaldan sonra şagirdlər tarixi yerlərə və muzeylərə ekskursiya ediblər.

“Qeyd edək ki, beynəlxalq səviyyədə keçirilən festivalın əsas məqsədi uşaqlar arasında qardaşlıq və dostluq əlaqələrini inkişaf etdirməkdən ibarətdir”, – deyə məlumatda bildi

Mission News Theme by Compete Themes.