Son yeniləmə: 28 Aprel 2022 11:34
Bayraqdar.info – Aprelin 27-də Özbəkistan Turizm və Mədəni İrs Nazirliyinin təşəbbüsü, UNESCO-nun dəstəyi ilə qədim Xivə şəhərindəki məşhur “İçan-Kala” kompleksinin Köhnə Ark meydanında beynəlxalq “Ləzgi” rəqs festivalı davam edib.
Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə qeyd edilib ki, festivala dünyanın 30 ölkəsindən 200-ə yaxın rəqqas, musiqiçi, musiqi nəzəriyyəçisi, xoreoqraf qatılıb. Musiqi bayramında Azərbaycanı Fikrət Əmirov adna Dövlət Mahnı və Rəqs Ansamblı təmsil edir.
“Konsertdə İranın Təbriz şəhərindən gələn oğlanlardan ibarət rəqs qrupu “Qaytağı” rəqsini ifa edib. Fikrət Əmirov adna Dövlət Mahnı və Rəqs Ansamblı aprelin 28-də axşam keçiriləcək konsertdə də çıxış edəcək”, – deyə xəbərdə bildirilir.