Press "Enter" to skip to content

Səhiyyə işçiləri görkəmli alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad ediblər

Son yeniləmə: 28 Aprel 2022 12:12

Bayraqdar.info – Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi, Milli Elmlər Akademiyasının bu sahədə ilk akademiki, fədakar alim, qayğıkeş insan Zərifə xanım Əliyevanın anadan olmasından 99 il keçir.

Bu münasibətlə səhiyyə naziri Teymur Musayev başda olmaqla tibb ictimaiyyətinin nümayəndələri aprelin 28-də Fəxri xiyabanda xalqın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar.

Bu barədə məlumat aprelin 28-də bayraqar.info-ya Səhiyyə Nazirliyindən daxil olub. Məlumatda bidirilir ki, daha sonra Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub və tər çiçəklər düzülüb.

Görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.

Mission News Theme by Compete Themes.