Press "Enter" to skip to content

“Qala” Qoruğunda sakinlərlə görüş

Son yeniləmə: 28 Aprel 2022 16:05

Bayraqdar.info – “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda sakinlərlə görüşüb.

Qoruq İdarəsinin mətbuat xidmətindən bayraqdar.info-ya bildirilib ki, görüşdə sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandırılaraq, istəkləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb. Bundan başqa ehtimal olunan problemlərin aradan qaldırılması məqsədilə İdarənin müvafiq struktur və qurumlarına tapşırıqlar verilib.

Görüşün sonunda qeyd olundu ki, sakinlərlə görüşlər İçərişəhər və Qala qoruqlarında mütəmadi olaraq keçiriləcək.

Mission News Theme by Compete Themes.