Son yeniləmə: 28 Aprel 2022 08:57
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin sayca 27-ci olan hökumətinin proqramı aprelin 28-də parıamentdə müzakirə olunacaq. Ulusal Birlik Partiyası (UBP), Demokrat Partiya (DP) və Yenidən Doğuş Partiyasının (YDP) iştirakı ilə qurulan koalisiya hökumətinin proqramının müzakirəsi yerli vaxtla saat 10:00-da başlayacaq.
Bununla bağlı məlumatda qeyd edilir ki, əgər müzakirələr bu gün gecə yarısına qədər tamamlanarsa, o zaman şənbə günü etimad səsverməsi keçiriləcək. Yox əgər müzakirələr cümə gününə qədər uzanarsa o zaman etimad səsverməsi bazar günü keçiriləcək.
Xatırladaq ki, UBP genel başqanı Faiz Sucuoğlu ilk olaraq 5 noyabr 2021-ci ildə UBP-DP hökumətini, 21 fevral 2022-ci ildə isə UBP-DP-YDP hökumətini qurmuşdu. UBP-DP-YDP hökuməti KKTC-nin 26-cı hökuməti olmaqla yanaşı ən qısaömürlü hökumət kimi də tarixə düşüb.
50 yerlik parlamentdə UBP-DP-YDP koalisiyası 29 mandata sahibdir. Yeni hökumətdə baş nazirlikdə daxil 9 nazir portfeli UBP-də, 1-i DP-də 1-i isə YDP-də olacaq.