Press "Enter" to skip to content

Dövlət Toxum Fondu toxumluq sahələrinə baxış keçirir

Son yeniləmə: 28 Aprel 2022 16:00

Bayraqdar.info – Dövlət Toxum Fondunun aqronomu və mütəxəssisləri tərəfindən əkin sahələrinə nəzarət tədbirləri həyata keçirilir. Növbəti nəzarət tədbiri Şabran rayonunda həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən bayraqdar.info-ya aprelin 28-də verilən məlumatda deyilir ki, Şabran rayonunda Dövlət Toxum Fondu tərəfindən toxumla təchiz edilən toxumluq sahələrə baxış keçirilib, fermer və təsərrüfat sahibləri ilə söhbətlər aparılıb. Aqrotexniki qulluqlarla bağlı Dövlət Toxum Fondunun mütəxəssisləri tərəfindən maarifləndirici məlumatlar verilib. Bildirilib ki, toxum üçün ayrılmış sahələr yüksək aqrotexniki qaydada becərilməli, sortların bioloji xüsusiyyətləri nəzərə alınmaqla gübrələnməli, səpin optimal müddətdə, düzgün təyin edilmiş normada və qısa vaxt ərzində aparılmalıdır.

“Təsərrüfat sahibi Qəşəm Həsənovun sözlərinə görə, təbiət hadisələrindən asılı olaraq yüksək məhsuldarlıq və keyfiyyətli məhsul əldə etmək üçün bütün tədbirləri vaxtında göstərilən qaydalara uyğun olaraq tətbiq edilib. Bu il hər hektardan 50-55 sentner məhsul əldə ediləcəyi gözlənilir.

“Qeyd edək ki, ötən il Toxum Fondu tərəfindən ölkəyə 340 ton elit buğda toxumu idxal olunub. Fermer və təssərüfat sahibləri tərəfindən alınan buğda toxumları ölkənin müxtəlif regionlarında əkilib. Ölkədə ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə və yüksək reproduksiyalı toxumlara olan tələbatı nəzərə alaraq, toxumçuluq üçün nəzərdə tutulan elit toxumlarının gətirilməsi Toxum Fondu tərəfindən davam etdiriləcək”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.