Son yeniləmə: 28 Aprel 2022 17:04
Bayraqdar.info – Aprelin 29-da Bolqarıstanın Sofiya şəhərində Avropa çempionatı başlayacaq. Azərbaycan Cüdo Federasiyasından bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, qitə yarışında Azərbaycanı 11 idmançı təmsil edəcək.
Kişilər arasında Balabəy Ağayev, Əhməd Yusifov (60 kq), İbrahim Əliyev, Yaşar Nəcəfov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar. Qadınların turnirində isə Şəfəq Həmidova və Ramilə Əliyeva (48 kq) yarışacaqlar. Mayın 1-dək davam edəcək yarışa 40 ölkədən 300-dən çox idmançı qatılacaq.