Press "Enter" to skip to content

Çingiz Abdullayev: Bu çıxış gələcək fəaliyyətimizin konsepsiyasını müəyyən etdi

Çingiz Abdullayev

Son yeniləmə: 28 Aprel 2022 13:40

Bayraqdar.info – “Mən dövlət başçısının Dünya Azərbaycanlılarının V Qurultayındakı çıxışını diqqətlə dinlədim. Bu çıxış həqiqətən də bizim gələcək fəaliyyətimizin konsepsiyasını müəyyən etdi”.

Bunu Alman-Azərbaycan Cəmiyyətinin sədri, texnika üzrə fəlsəfə və kulturologiya üzrə elmlər doktoru, professor Çingiz Abdullayev deyib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bayraqdar.info-ya verilən məlumata görə, Ç.Abdullayev Dünya Azərbaycanlılarının V Qurultayı və təltif olunması ilə bağlı təəssüratlarını bölüşüb.

O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülməsindən böyük sevinc hissi keçirdiyini bildirib və buna görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib: “Mükafatlandırılmağımı həm 30 illik fəaliyyətimə, həm də hamımızın birgə əməyinə verilən yüksək qiymət hesab edirəm. Həqiqətən də mükafatlar ruhlandırıcı xarakter daşıyır”.

Professor V Qurultayın Zəfər Qurultayı adlandırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Dünya azərbaycanlılarının bir araya gəlməsi, Cıdır düzünə toplaşması qürurverici hadisə idi”.

Mission News Theme by Compete Themes.