Press "Enter" to skip to content

Biznes təlimləri keçirilib

Son yeniləmə: 28 Aprel 2022 13:39

Bayraqdar.info – Ağdam rayonunda peşə təhsili alan sonuncu kurs tələbələri üçün biznes təlimlər keçirilib. Təlimlər Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində baş tutub.

Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib.

Bildirilib ki, Ağdam Peşə məktəbində keçirilən təlimlər üç həftə davam edib. Bu təlimlərdə gənclər KOBİA-nın Yevlax KOB İnkişaf Mərkəzinin ekspertlərinın mentorluğu ilə biznesə başla, sahibkarlığın əsasları, satış, marketinq və s. kimi ilkin biznes biliklərinə yiyələniblər.

Qeyd ediliub ki, layihənin məqsədi peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır.

2021-2023-cü illəri əhatə edən və hazırda Cəlilabad və Ağdam rayonlarında həyata keçirilən layihə yaxın vaxtlarda Qəbələ rayonunda da reallaşdırılacaq. Layihə bitkiçilik və heyvandarlıq, turizm, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, dərzi, çilingər, aşpaz, şirniyyatçı və qaynaqçı kimi sahələri əhatə edir.

Layihə çərçivəsində gənclər üçün mentorluq dəstəyinin göstərilməsi, biznes müəssisələrinə təlim və təcrübə səfərlərinin təşkili, eləcə də təlimləri uğurla başa vuran gənclərin seçdikləri fəaliyyət sahələri üzrə müvafiq avadanlıqlarla təmin olunması nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.