Press "Enter" to skip to content

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə

Üzgüçülük yarışı

Son yeniləmə: 28 Aprel 2022 17:27

Bayraqdar.info – Azərbaycan üzgüçüləri 29 aprel-1 may tarixlərində Çexiyanın Ostrava şəhərində üzgüçülük növü üzrə keçiriləcək. Beynəlxalq turnirdə iştirak edəcək. Bu yarış həm Budapeştdə, həm də 2023-cü ildə Fukaukada keçiriləcək dünya çempionatına lisenziya xarakterli bir yarışdır. Azərbaycan Üzgüçülük Federasiyasından aprein 28-də bayraqdar.info-ya verilən məlumata görə turnirdə Azərbaycanla yanaşı İsveçrə, Ukraina, Ruminiya, Polşa, Macarıstan, Xorvatiya, Cexiya və Gürcüstandan idmançılar öz güclərini sınayacaqlar. Bu yarışda Azərbaycan yığma komandasını yeni tərtib olunmuş normativ cədvəlinə uyğun normativləri yerinə yetirən Ramil Vəlizadə, Məryəm Şeyxəlizadə,Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov təmsil edəcək. Üzgüçülük üzrə yığmanın baş məşqçısı Rəşad Əbdurrəhmanovun sözlərinə görə komanda bu yarışa əzmlə hazırlaşıb:

“Bu yarış komandamızın dünya çümpionatına lisenziya qazanması baxımından çox önəmlidir. Ümid edirik ki, üzgüçülərimiz bu yarışda öz göstəricilərini daha da yaxşılaşdıraraq finala vəsiqə qazananlar sırasında olacaqlar. Bu turnirdə çox güclü idmançılar iştirak edəcəklər. Çox çalışırıq ki, Azərbaycan üzgüçüləri ən yaxşı nəticələr göstərənlər sırasında olsunlar” deyə millinin baş məşqçisi əlavə edib.

Federasiyadan verilən məlumata görə, milli komanda artıq Çexiyadadır və hazırda məşqləri davam etdirirlər. Beynəlxaq turnir aprelin 29-da başlayacaq.

Mission News Theme by Compete Themes.