Press "Enter" to skip to content

“Anadır arzulara hər zaman Qarabağ”

Son yeniləmə: 28 Aprel 2022 10:02

Bayraqdar.info – Kürdəmir Regional Mədəniyyət İdarəsində 2022-ci ilin Prezidentin Sərəncamına əsasən “Şuşa İli” elan edilməsi ilə bağlı tədbirlər davam etdirilir.

Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, “Şuşa İli”nə həsr olunmuş “Anadır arzulara hər zaman Qarabağ” şüarı ilə həyata keçirilən Regional Xor Müsabiqəsinin seçim mərhələsi başa çatıb. Xocavənd rayon Uşaq Musiqi Məktəbində keçirilən mərhələdə xor kollektivləri çıxış ediblər. Müsabiqədə ümumilikdə 14 uşaq musiqi, incəsənət məktəbi iştirak edib.

Müsabiqənin yekun nəticələri aşağıdakı kimidir:

I yer – Kürdəmir rayon Uşaq İncəsənət Məktəbinin xor kollektivi

II yer – Xocavənd rayon Tuğ kənd Uşaq Musiqi Məktəbinin xor kollektivi

III yer – Füzuli rayon Böyük Bəhmənli kənd Uşaq Musiqi Məktəbinin xor kollektivi

Fərqlənən xormeysterlər:

Füzuli rayon S. Şuşinski adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi – Asudə Allahverdiyeva

Beyləqan rayon Niyazi adına Uşaq Musiqi Məktəbi – Leyla Haqverdiyeva

Füzuli rayon Mahmudlu 1 Uşaq Musiqi Məktəbi – Sakit Muradov

Fərqlənən konsertmeysterlər:

Füzuli rayon Böyük Bəhmənli kənd Uşaq Musiqi Məktəbi – Əvəz İsmayılov

Xocavənd rayon Tuğ kənd Uşaq Musiqi Məktəbi – Ceyhun Qurbanov

“Qeyd edək ki, müsabiqənin münsifləri tanınmış musiqiçilərdir. Komissiyanın sədri Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru, Xalq artisti Gülbacı İmanovadır. Həmçinin Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva və Bakı Musiqi Akademiyasının xor dirijor kafedrasının müəllimi Aysel Əsədova da münsiflər sırasında yer almaqdadır. Müsabiqənin qalibləri 30 apreldə keçiriləcək tədbirdə mükafatlandırılacaq”, – deyə xəbərdə qeyd edilib.

Mission News Theme by Compete Themes.