Son yeniləmə: 27 Aprel 2022 16:19
Bayraqdar.info – Yaşı 8-dən yuxarı olan uşaqlar təhsil nazirinin əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunacaqlar.
Bu barədə aprelin 27-də bayraqdar.info-ya Təhsil Nazirliyindən məlumat verilib. Yaşı 8-dən yuxarı olan uşaqların valideynləri elektron sistemində qeydiyyatdan keçdikdən sonra iyulun 1-dən etibarən yaşayış yerindən arayış, 2 ədəd 3×4 ölçüdə rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) yerli təhsili idarəetmə orqanlarına müraciət etməlidir.
Nazirlik qeyd edir ki, mayın 4-dən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.