Press "Enter" to skip to content

Tarix Muzeyində Azərbaycan miniatür sənətinin gümüş nümunələri

Son yeniləmə: 27 Aprel 2022 17:21

Bayraqdar.info – AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda Azərbaycan zərgərlik sənətinin ustaları tərəfindən hazırlanmış miniatür sənətinə dair materiallar – zərif işlənmə texnikası ilə fərqlənən, gümüşdən hazırlanmış və qızıl suyu ilə örtülmüş çay və şərab dəstləri qorunur.

Bu barədə bayraqdar.info-ya Muzeydən məlumat verilib. Bildirilib ki, zərgərlik işi xüsusiyyətlərini mükəmməl şəkildə əks etdirən həndəsi və nəbati naxışlı miniatür çay dəsti on səkkiz, şərab dəsti isə yeddi əşyadan ibarətdir.

“Qeyd edək ki, Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur”, – deyə Muzeyin məlumatında qeyd edilir.

Mission News Theme by Compete Themes.