Press "Enter" to skip to content

Şəhriyar Məmmədyarovdan “Oslo Esports Cup” turnirində ikinci qələbə

Şəhriyar Məmmədyarov

Son yeniləmə: 27 Aprel 2022 08:57

Bayraqdar.info – Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Oslo Esports Cup”ın turnirində növbəti görüşünü keçirib.

Azərbaycan Şahmat Federasiyasından bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, şahmatçı beşinci turda niderlandlı Aniş Giri ilə üz-üzə gəlib. Qarşılaşma təmsilçimizin 3,5:2,5 hesablı qələbəsi ilə başa çatıb.

“Qeyd edək ki, Ş.Məmmədyarov ilk turda Le Kuanq Liyemə (Vyetnam) qalib gəlib, sonrakı turlarda hindistanlı Rameşbabu Praqnanandha, kanadalı Erik Hansen və polşalı Yan-Kşiştof Dudaya uduzub. O, hazırda 6 xalla 8 şahmatçı arasında 6-7-ci pillələri bölüşür. Qeyd edək ki, turnirin mükafat fondu 210 min ABŞ dolları təşkil edir”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.