Press "Enter" to skip to content

Rəhbər vəzifələr üzrə test imtahanında 22 nəfər iştirak edəcək

İmtahan vərəqələri

Son yeniləmə: 27 Aprel 2022 17:14

Bayraqdar.info – Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə mayın 15-də keçiriləcək test imtahanına qeydıyyat aparılır.

DİM-dən bayraqdar.info-ya bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı mayın 13-ü saat 11:00-dək davam edəcək. Aprelin 27-nə 15:50-yə olan məlumata görə, imtahan vermək üçün 22 (AB – 1, AC – 21) nəfər qeydiyyatdan keçib.

İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.

Mission News Theme by Compete Themes.