Press "Enter" to skip to content

Mayın 4-dən birinci sinfə şagird qəbulu başlayır

Məktəb

Son yeniləmə: 27 Aprel 2022 16:19

Bayraqdar.info – Mayın 4-dən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanacaq.

Bu barədə bayraqdar.info-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi elektron portalı vasitəsilə aparılacaq. Birinci sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına mayın 4-dən, Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə isə mayın 6-dan başlanılacaq. Mayın 6-dan dövlət ümumi təhsil müəssisələrinin digər dillərdə tədris aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək. Müsahibəyə yazılma mərhələsi mayın 30-da başa çatacaq.

“Müsahibələrin mayın 10-31-də ənənəvi formatda həyata keçirilməsi nəzərdə tutulur. Müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi mərhələsi isə iyunun 11-18-də təşkil ediləcək. Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq”, – deyə Nazirliyin xəbərində qeyd edilir.

Mission News Theme by Compete Themes.