Son yeniləmə: 27 Aprel 2022 10:46
Bayraqdar.info – 2022-ci ilin mart ayında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə 54 min 148 elektron arayış alınıb.
Bu barədə bayraqdar.info-ya aprelin 27-də DSMF-dən məlumat verilib.
Bildirilib ki, bu arayışların 4 min 155-i pensiya, 47 min 106-sı müavinət və təqaüd, 1 min 383-ü fərdi şəxsi hesab, 478-i ünvanlı dövlət sosial yardımı, 301-i torpaq pay mülkiyyətçisi, 371-i sosial sığorta şəhadətnamə nömrəsi, 71-i şəhid ailəsi üzvü, 126-sı ünvanlı dövlət sosial yardımı ödənişləri, 83-ü sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 49-u əlilliyi olan şəxslərə qulluq, 25-i Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.